Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Mərkəzi Asiya ölkələri və Azərbaycanın məşvərət görüşünün keçiriləcəyi məkan və tarix açıqlanıb

59

Oktyabrın 8-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında Mərkəzi Asiya ölkələri və Azərbaycanın yüksək səviyyəli məşvərət görüşü keçiriləcək.

Trend Türkmənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici işlər naziri Rəşid Meredov Balkan vilayətində Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilən Nazirlər kabinetininin səyyar iclası zamanı bildirib.

Meredovun sözlərinə görə, hazırda Avazada keçiriləcək sammit ərəfəsində iştirakçı ölkələrin xarici işlər nazirlərinin görüşlərinə, eləcə də MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasına hazırlıq işləri də aparılır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın