Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

55

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, müşavirədə martın 26-28-də respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın