Bakıda gənclər festivalı start götürüb
79
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “GənclikFest” festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Saat 12:00-da başlanan və 17:00-dək davam edəcək festival çərçivəsində iştirakçıları tanınmış ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı, stolüstü oyunlar, intellektual və əyləncəli fəaliyyətlər, yeni dostluqlar və unudulmaz anlar gözləyir.


