Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Mangal”da beynəlxalq qida təhlükəsizliyi sistemi qurulur 

173

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Mangal Steak House Bayıl” restoranında beynəlxalq HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi üzrə məsləhət xidmətləri həyata keçirib.
İnstitutun mütəxəssisləri restoranın fəaliyyətinin mövcud qanunvericiliyə uyğunluğunu yoxlayıb, daxili proseslər hərtərəfli qiymətləndirməklə yanaşı, burada HACCP sisteminin qurulması üçün müvafiq tövsiyələr veriblər.
Paytaxtda uzun müddətdir fəaliyyət göstərən ictimai iaşə müəssisəsindən bu barədə məlumat verərkən deyiblər: “Qida təhlükəsizliyi və keyfiyyət bizim üçün əsas prioritetdir. “Hər bir qonağımızın rahat və etibarlı şəkildə dadlı yeməklərdən zövq alması üçün bütün fəaliyyətimizi beynəlxalq standartlara uyğun qururuq”.
Xatırladaq ki, AQTİ tərəfindən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi prosesi çərçivəsində, ilk dəfə olaraq, 5 ulduz sertifikatı da “Mangal Steak House Bayıl” restoranına verilib. Bundan başqa restoranın fəaliyyəti beynəlxalq Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartına uyğunluğu nümayiş etdirən ISO 22000:2018 sertifatına da layiq görülüb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın