Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Naxçıvanda elektrik enerjisinə tələbat tam bərpaolunan enerji hesabına təmin edilib

92

Cari ilin 21 aprel - 2 iyul tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpaolunan enerji mənbələri hesabına təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində su elektrik stansiyalarında (SES) 104,486 milyon kilovat-saat, Günəş elektrik stansiyalarında (GES) isə 13,888 milyon kilovat-saat olmaqla, ümumilikdə 118,374 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın