Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Azərbaycanda iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygölün bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, bəzi yerlərdə 30-33 dərəcə isti təşkil edəcək.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin səhərdən dağlıq ərazilərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, bəzi yerlərdə 28-30 dərəcə isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuzda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 32-37 dərəcə isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarın bəzi yerlərində arabir qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə isti olacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23, gündüz 30-35, dağlarda gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.