Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın tatar diasporunun nümayəndələri beynəlxalq elmi konfransda iştirak ediblər

92

Martın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın işində Azərbaycanın tatar icmasının nümayəndələri, “Kayum Nasiri İnstitutu” Bakı Təhsil-Mədəniyyət Mərkəzinin metodist və şagirdləri də iştirak ediblər.

Mərkəzin rəhbəri Elmira Yusifli “Qabdulla Tukayın yaradıcılığında tatar folkloru obrazları və onların Azərbaycan folklor ənənəsi ilə müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Elmi konfrans çərçivəsində etnoqrafik nümunələrdən ibarət sərgi də təşkil olunub. Bakıdakı “Kayum Nasiri İnstitutu” mərkəzinin şagirdləri tatar milli mədəniyyətinin zənginliyini nümayiş etdiriblər. Sərgidə ənənəvi geyimlər, dekorativ-tətbiqi sənət nümunələri, kitablar və musiqi alətləri təqdim olunub. Ekspozisiya ortaq mədəni ənənələrin varisliyini və onların müasir dövrdə qorunub-saxlanmasına yönəlmiş səyləri əyani şəkildə göstərib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın