Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyada beynəlxalq tədbirdə iştirak edib

57

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyaya işgüzar səfər çərçivəsində iyunun 10-da Mombasa şəhərində keçirilən Millətlər Birliyinə üzv ölkələrin baş prokurorlarının 23-cü konfransında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransın açılış mərasimində Keniya və Avstraliya dövlət prokurorluqlarının rəhbərləri çıxış edərək Azərbaycan Prokurorluğunun nümayəndə heyətinin xüsusi qonaq qismində iştirakını yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki fəal rolunu vurğulayıblar.

Baş prokuror Kamran Əliyev cinayət təqibinə qədər terrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsr olunmuş əsas sessiyaya sədrlik edib. İclasda radikallaşmanın qarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkən müdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.

O, Azərbaycanın terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa daim xüsusi önəm verdiyini vurğulayıb, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verib.

Sessiyada Uqandanın Baş prokuroru Ceyn Abodo, Cənubi Avstraliya ştatının Baş prokuroru Martin Kinton və Böyük Britaniya Ali Komissiyasının Nayrobidəki müşaviri Cenifer Ridel çıxış ediblər. Panel müzakirələrdə radikallaşma və zorakı ekstremizmin qarşısının alınması sahəsində prokurorluq orqanlarının tətbiq etdiyi preventiv müdaxilə mexanizmləri üzrə milli təcrübələr bölüşülüb.

Konfrans çərçivəsində Baş prokuror Birləşmiş Krallıq, Avstraliya, Uqanda, Tanzaniya, Zimbabve, Seyşel adaları və digər ölkələrin baş prokurorları ilə ikitərəfli görüşlər keçirərək cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsi, hüquqi əməkdaşlığın və müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları barədə müzakirələr aparıb. Kamran Əliyev Keniyanın yerli media nümayəndələrinə müsahibə verib.

Nümayəndə heyətinin Keniyaya işgüzar səfəri başa çatıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın