Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

BDU-da musiqili-mədəni proqram: “Vyetnam – kimliyin melodiyası”

51

“Vyetnam günləri” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Vyetnamın Dövlət himnləri səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərinə, Prezident Ho Şi Minə və Azərbaycan-Vyetnam dostluq münasibətlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü, Vyetnamın Səsi (VOV) radiosunun sabiq baş direktoru Nguyen The Ky çıxış edərək iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından danışıblar.

Daha sonra Vyetnam və Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. Proqramda hər iki xalqın milli musiqi nümunələri, xalq mahnıları və rəqs kompozisiyaları təqdim olunub, Vyetnamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş ənənəvi incəsənət nümunələri nümayiş etdirilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın